Yazını böyüt
Yazını kiçilt
Rusiya Meteorologiya Mərkəzinin məlumatına görə, ölkə ərazisində havanın temperaturu mövsümi normadan aşağı düşəcək.
Hafta.az-ın yazdığına görə, yaxın günlərdə bəzi rayonlarda havanın temperaturunun mənfi 50 dərəcəyə enəcəyi bildirilib.
Mərkəzin baş meteoroloqu Roman Vilfand da fırtınalar barədə xəbərdarlıq edir.
Sankt-Peterburqun daxil olduğu Şimal-Qərb bölgəsində həftənin sonuna kimi havanın temperaturu mənfi 18-25 dərəcəyə enəcək.
Vilfand bildirib ki, şaxta Moskvada da müşahidə olunacaq. Paytaxtda gözlənilən temperatur mənfi 14-23 dərəcə arasında olacaq.
Ölkənin ən soyuq bölgəsi olan Yakutiyada termometrlər mənfi 48 ilə 56 arasında göstərəcək.
Meteoroloqlar qeyd edirlər ki, bu temperaturlar mövsüm normalarından 8-10 dərəcə aşağıdır.