Yazını böyüt
Yazını kiçilt
Dağıstanın Xəzər sahillərində ölən suitilərdə quş qripi aşkarlanıb.
Hafta.az TASS-a istinadən xəbər verir ki, bu haqda Dağıstan Dövlət Universitetinin Ekologiya və Davamlı İnkişaf İnstitutunun direktoru Əlimurad Hacıyev bildirib.
"Dekabr ayında sahildə tapılan suitilərin bioloji nümunələri üzrə tədqiqatların ilk nəticələrinə görə, quş qripi aşkar edilib. Bunlar yalnız ilkin araşdırmalardır və hazırda araşdırmalar davam edir. Amma əminliklə deyə bilərik ki, virus tapılıb", - deyə o söyləyib.
"Hazırda ştamın növü müəyyənləşdirilir", - deyə Hacıyev əlavə edib.