Xocalıda ermənilər 254 evlik yeni qəsəbə salır... – FOTO

18:40 26.10.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

44 günlük müzəffər savaşımızdan sonra  Azərbaycanın işğal  azad edilmiş torpaqlarda nəhəng quruculuq işlərindən, qardaş Türkiyə ilə birgə icar edilən siyasi və iqtisadi layihələrdən sarsıntı keçirən Ermənistan və Xankəndindəki faşist xislətli revanşist qüvvələr guya buna cavab olaraq kosmetik olsa da, abadlıq və quruculuq işləri görüntüsü yaratmağa çalışırlar. 

Xocalı rayonun hələ də Rusiya “sülhməramlı” kontingentinin himayəsindəki separatçı-terrorçu rejimin nəzarətində qalan Ballıca kəndi ərazisində  yeni qəsəbə salınır.

Hafta.az xəbər verir ki, bu haqda məlumatı Xankəndindəki erməni nəşrləri separatçı rejimin qanunsuz “şəhərsalma nazirliyi”nin mətbuat katibi Marti Danielyana istinadla məlumat yayıb.

Yeni qəsəbənin Xocalı rayonunun Azərbaycan ordusu tərəfindən işğaldan azad edilmiş Çanaxçı kəndindən köçmüş ermənilər üçün nəzərdə tutulduğu bildirilir.

“Hazırda tikinti sahəsində torpaq işləri aparılır. Layihə-hesablama çertyojunda qəsəbənin ümumi sahəsi 52 hektar, ona bitişik torpaq sahələrinin sahəsi isə 1000-1300 kvadratmetr olacaq. Yeni qəsəbədə 2, 3, 4, 5 otaqlı 254 fərdi yaşayış evi olacaq.  Fərdi evlərin tikinti işlərini “Kapavor” MMC həyata keçirir” - M.Danielyan belə deyib.

Oxunma sayı 1921