Xoşbəxt Yusifzadə I Fəxri Xiyabanda dəfn ediləcək

10:24 04.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Bağı oğlu Yusifzadə ilə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında keçiriləcək.

 

Bu barədə hafta.az-a SOCAR-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya xidmətinin əməkdaşı Elçin Kazımov məlumat verib.

 

Vida mərasimi 4 oktyabr 2023-cü il tarixində saat 12:00-da baş tutacaq.

 

Əldə etdiyimiz məlumata görə, Xoşbəxt Yusifzadə I Fəxri Xiyabanda dəfn ediləcək.

Oxunma sayı 164