Xüsusi ultrasəs cihazı hazırlandı

10:20 20.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskvada keçirilən Gələcək Texnologiyalar Forumunda Rusiyanın Rostex Fondunun törəmə müəssisəsi olan KRET-in bir qrup novatoru şişlərin diaqnostikası və müalicəsi üçün ultrasəs cihazının prototiplərini təqdim ediblər.

Hafta.az-ın "Russia Today"a istinadən yazdığına görə, yeni cihazı daşımaq asandır və yüksək intensivlikli ultrasəs müayinəsi ilə şişlərin diaqnostikası və müalicəsi, eləcə də real görünüşdəki dəyişiklikləri izləmək üçün idealdır.

Cihaz döş və qalxanabənzər vəzin şişlərinin, flebologiya, vegetativ sindromlar və ağrıların müalicəsində istifadə oluna bilər.

Qeyd edək ki, yeni cihaz hazırda klinik, toksikoloji və texniki sınaqlardan keçirilir. Bütün lazımi sınaqlardan keçdikdən sonra patent və istifadəsinə icazə almaq üçün bütün lazımi sənədlər hazırlanıb.

Oxunma sayı 184