Yaponiya strateji düyü ehtiyatlarını satışa çıxarır

09:47 08.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyanın dördüncü böyük iqtisadiyyatına sahib olan Yaponiya fevralda qiymətləri aşağı salmaq üçün düyü ehtiyatlarının beşdə birindən çoxunu satışa çıxaracağını açıqlamışdı.

Hafta.az-ın yazdığına görə, insanların pis hava şəraiti, isti dalğaları, tayfun və zəlzələ təhlükəsi səbəbindən çaxnaşma içində alış-veriş etdiyi ölkədə 60 kiloqramlıq düyü torbasının qiyməti ötən il 160 dollara çatıb. Bu, iki il əvvəllə müqayisədə 55 faiz artım deməkdir.

1993-cü ilin yayından sonra hava gözlənilmədən soyuq keçdi, məhsuldarlıq azaldı və düyü idxal edilməli oldu. Üstəlik, 1995-ci ildən Yaponiyada düyü ehtiyatı saxlanılır.Bu ehtiyatlar 124 milyon əhalisi olan ölkədə 2011 və 2016-cı illərdə baş verən böyük zəlzələlərdən sonra da istifadə olunub.

Hindistan, Vyetnam və Tailand kimi digər Asiya ölkələrində də düyü ehtiyatları hazırlanır.

Çində donuz əti fövqəladə hallar zamanı strateji ehtiyat kimi saxlanılır.

Digər tərəfdən, bu məhsula şübhə ilə yanaşanlar da var. 69 yaşlı evdar qadın Emi Uçibori düyünün keyfiyyətinin onun üçün vacib olduğunu vurğulayaraq, "Bunları bayat olduğunu eşitdiyimə görə almaq fikrim yoxdur" deyib.

Yarım ştat işlədiyini deyən 53 yaşlı Yuko Takiquçi deyir ki, düyü ucuzlaşmayınca almağı planlaşdırmır.

ABŞ-ın yeni tarifləri dünyanın bir çox yerində olduğu kimi Yaponiyada da narahatlıq yaradır. Yaponiyanın baş naziri İşiba Şiqeru deyib ki, prezident Donald Trampın yapon məhsullarına 24 faizlik gömrük rüsumları tətbiq etməsindən sonra ölkəsi “ədalətsiz heç nə etməyib”.

İşiba, gömrük rüsumlarını müzakirə etmək üçün ABŞ-ın ticarətdəki maliyyə kəsirlərini aradan qaldırmağın yeganə yolunun tariflərin olduğunu müdafiə edən Trampla görüşməyə hazır olduğunu bildirib.

İsiba tariflərin Yaponiyanın kiçik biznesinə təsir göstərməməsi üçün səy göstərəcəyinə söz verib.

ABŞ prezidenti Donald Tramp “qurtuluş günü” olaraq xarakterizə etdiyi 2 apreldə ölkələrə tətbiq olunacaq qarşılıqlı tarif dərəcələrini açıqlayıb. Əsas tarif dərəcəsinin yüzdə 10 olacağını bildirən Tramp, digər ölkələrin tətbiqlədiyi tarifləri və tarifsiz maneələri nəzərə alaraq, ölkələrə görə dəyişən gömrük rüsumları dərəcələrini paylaşıb. Bu çərçivədə ABŞ-ın Yaponiyadan idxalına 24 faiz gömrük rüsumunun tətbiqinə qərar verilib.

Yaponiya hökuməti Trampın tarif hərəkəti çərçivəsində polad və alüminium məhsullarına tətbiq edilən 25 faizlik əlavə gömrük rüsumundan azad edilməsini istəyib.