Yeni ildə 4 GÜN İŞ OLMAYACAQ

16:12 27.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycanda 4 gün iş olmayacaq.

Hafta.az xəbər verir ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib.

Müvafiq olaraq 2023-ci il 31 dekabr bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 2024-ci il 3 yanvar tarixi qeyri-iş günü olacaq.

Beləliklə, Yeni ildə 4 gün ardıcıl qeyri-iş günü olacaq.

Oxunma sayı 103