Mənzil kirayəsi bazarında yüksək sabitlik izlənilib. Yeni tikili mənzillərin kirayə bazarında indeks 101.6, köhnə tikili mənzillərin kirayə bazarında isə 100 səviyyəsində formalaşıb.
Bu barədə Hafta.az-a Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) məlumat verilib.
Qeyd edilib ki, bu göstəricilər kirayə bazarının, əsasən, əhalinin real ödəmə qabiliyyəti və uzunmüddətli yaşayış tələbi əsasında tənzimləndiyini göstərir.
Beləliklə, satış bazarında müşahidə olunan qiymət artımları kirayə seqmentinə tam həcmdə ötürülməyib.
Ümumilikdə, may ayının nəticələri göstərir ki, Azərbaycan daşınmaz əmlak bazarı 2026-cı ilin ikinci rübündə sağlam və balanslı inkişafını davam etdirir.
Ən yüksək artım investisiyayönümlü torpaq bazarında müşahidə olunsa da, mənzil və kommersiya seqmentlərində daha sabit və idarəolunan dinamika formalaşıb.
Bazarın əsas xüsusiyyəti artıq sürətli qiymət sıçrayışlarından uzaqlaşaraq daha dayanıqlı artım mərhələsinə keçməsidir.