Yük maşınında 21 kq-dan artıq heroin aşkarlanıb

16:53 29.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postu vasitəsilə İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Avstriyaya gedən yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttində yoxlanılıb.

Dövlət Gömrük Komitəsindən hafta.az-a bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsində, alt yataqda yerləşən döşəyin içərisində 69 ədəd bağlamada, ümumilikdə təmiz çəkisi 21 kq 492,06 qram olan təhlükəli narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.