Zaqatalada 141 nəfər könüllü qan verib

17:49 21.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə Korpusunda aprelin 21-də təşkil edilən növbəti qanvermə aksiyasında 141 nəfər könüllü qan verib.

Hafta.az xəbər verir ki, rayon icra hakimiyyətindənazertac-a bildirilib ki, Respublika Qan Bankının həkim briqadası tərəfindən həyata keçirilən aksiyanın əsas məqsədi talassemiya və hemofiliyalı xəstəliklərdən əziyyət çəkən insanlara kömək göstərmək, onlara dəstək olmaqdır.

Aksiyada rayonun ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, həmçinin sakinlər fəal iştirak ediblər. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Respublika Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.