Yazını böyüt
Yazını kiçilt
Papa XIV Leo taxta çıxdıqdan sonra Ukrayna nümayəndə heyətini qəbul edib. O, Vatikanın ədalətli sülhə nail olmaq üçün Ukrayna və Rusiya arasında birbaşa danışıqlar platformasına çevrilməyə hazır olduğunu bəyan edib.
Hafta.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"İnaqurasiya mərasimindən sonra biz Papa XIV Leo ilə görüşdük. Dünyada milyonlarla insan üçün Papa sülhün ümid simvoludur. Müqəddəs Taxt-Tacın həm nüfuzu, həm də səsi bu müharibənin sona çatmasında mühüm rol oynaya bilər. Vatikana Ukrayna və Rusiya arasında birbaşa danışıqlar platformasına çevrilməyə hazır olduğuna görə təşəkkür edirəm", - deyə Zelenski bildirib.
Prezident qeyd edib ki, Ukrayna real nəticələr naminə istənilən formatda dialoqa hazırdır.