Zərdabda qumbara tapıldı

11:47 17.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zərdab Rayon Polis Şöbəsinə rayonun Hüseynxanlı kəndi ərazisindən keçən su kanalından silah-sursat tapılması barədə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə baxış keçirilib və ərazidən 1 ədəd “F-1” əl qumbarası, 1 ədəd pulemyot, daraq və 760 ədəd patron aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırmalar aparılır.

Oxunma sayı 32