İran İslam Respublikasının silahlı qüvvələri Hörmüz boğazının cənubunda genişmiqyaslı təlimlərə başlayır. Onlarda Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, o cümlədən sualtı qayıqlar, eləcə də quru qoşunlarının bölmələri iştirak edir.
Manevrləri koordinasiya edən admiral Həbibullah Səyyari deyib: “Bu axşam Hörmüz boğazının şərq hissəsində, Hind okeanının şimal hissəsində şimal enliyinin 10-cu paralelinə qədər keçiriləcək “Zülfiqar 1401” təlimləri başlayacaq.
Səyyari qeyd edib ki, təlimlərin məqsədi İran Silahlı Qüvvələrinin müxtəlif bölmələrinin birgə əməliyyatlarının planlaşdırılması və aparılması vərdişlərinin təkmilləşdirilməsidir. Mehr xəbər verir ki, manevrlər çərçivəsində xüsusi şəraitdə hərbi əməliyyatların aparılması da tətbiq olunacaq.