Türkiyə Paraqvaya məğlub olub, qrupdan çıxmaq şansını itirib

10:05 20.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2026-cı il dünya çempionatının D qrupunda II turun növbəti oyunu keçirilib.

Türkiyə millisi Paraqvayla üz-üzə gəlib.

Qarşılaşma Bakı vaxtı ilə saat 07:00-da start götürüb.

Paraqvay oyuna qolla başlayıb. 64-cü saniyədə Qalarzanın qoluyla amerikalılar Türkiyə qarşısında 1:0 önə keçib.

Gərgin keçən ilk hissənin sonlarında Paraqvay millisi azlıqda qalıb. Migel Almiron meydandan qovulub.

Görüş 1:0 Paraqvayın qələbəsiylə başa çatıb. Bu nəticədən sonra Türkiyə millisinin növbəti mərhələyə yüksəlmə şansı qalmayıb. ABŞ-la oyun ay-ulduzluların mundialda son matçı olacaq.