Yazını böyüt
Yazını kiçilt
Bakıda hazırlıq keçən “Zirə” iyunun 25-dək çalışmalarını paytaxda davam etdirəcək.
Hafta.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.
Bu müddətdə 1 yoxlama oyunu keçirəcək Rəşad Sadıqovun komandası iyunun 20-də saat 18:00-da “Azərsun Arena”da “Qarabağ”la qarşılaşacaq.
"Zirə" 25 iyun - 2 iyul tarixlərində Türkiyənin Bolu şəhərində hazırılığın növbəti mərhələsini keçirəcək. Komanda burada iki yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmalar 27 iyun və 1 iyul tarixlərində keçiriləcək. Rəqiblərin kimliyi və oyun saatları haqqında məlumat veriləcəyi bildirilib.
Xatırladaq ki, "Zirə" bu mövsüm Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək.