Kolumbiya Özbəkistana qalib gəldi

10:10 18.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə dünya çempionatının K qrupunda mübarizə aparan Özbəkistan komandası Kolumbiya ilə qarşılaşıb.

Hafta.az xəbər verir ki, görüş 3:1 hesabı ilə Kolumbiyanın qələbəsi ilə yekunlaşıb. Bu, Özbəkistanın dünya çempionatları tarixində debüt matçı olub.

Qeyd edək ki, bu qrupun ilk oyununda Portuqaliya Konqo Demokratik Respublikası ilə bacarmayıb. Qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb.

Bu gün dünya çempionatında ikinci turun oyunlarına start veriləcək. A qrupunda Çexiya Cənubi Afrika Respublikası ilə qarşılaşacaq. B qrupunda isə İsveçrə yığması Bosniya və Herseqovina komandası ilə üz-üzə gələcək.