Zədələnmiş ürəyi bərpa etmək mümkün olacaq

10:03 18.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Süni yolla yaradılmış ürək əzələsinin klinik sınaqlarının birinci mərhələsi uğurla başa çatıb. Bu üsul ağır ürək çatışmazlığı olan xəstələrin müalicəsində ciddi ümidlər yaradır.

Hafta.az xəbər verir ki, tədqiqatın nəticələrinə görə, induksiya edilmiş pluripotent kök hüceyrələrindən əldə olunan əzələ toxuması, ürək çatışmazlığından əziyyət çəkən və ənənəvi müalicəyə cavab verməyən pasiyentlərdə müsbət dinamika nümayiş etdirib.

Alimlər bildirirlər ki, əldə olunan ilkin məlumatlar metodun effektivliyini təsdiqləyir və növbəti klinik sınaqların keçirilməsinə zəmin yaradır. Məlum olduğu kimi, zədələnmiş ürək əzələsi hüceyrələri (kardiomiositlər) orqanizmdə təbii yolla bərpa olunmur. Buna görə də tədqiqatçılar zədələnmiş toxumaları laboratoriya şəraitində yetişdirilmiş süni materiallarla əvəzləmək texnologiyası üzərində cəmləşiblər.

Bu üsul uzun illər davam edən laboratoriya sınaqlarından sonra insanların müalicəsində tətbiq olunmağa başlayıb. Hazırkı mərhələdə ekspertlər standart müalicə üsullarının kömək etmədiyi pasiyentlərdə ürək funksiyalarının bərpası üçün bu texnologiyanın böyük potensiala malik olduğunu təsdiqləyiblər./"Nature"/