Xərçəngin müalicəsində yan təsirləri izləyən rəqəmsal alət hazırlandı

12:53 17.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avstraliyada tədqiqatçılar xərçəng xəstələrində immunoterapiyanın yaratdığı ciddi yan təsirləri daha tez müəyyən etməyə imkan verən rəqəmsal alət hazırlayıblar.

Hafta.az xəbər verir ki, “Peter MacCallum” Xərçəng Mərkəzi tərəfindən hazırlanmış bu alət elektron tibbi məlumatları təhlil edən kompüter alqoritmi əsasında işləyir. Yeni sistem immunoterapiya alan xəstələrdə immun sisteminin həddindən artıq reaksiyası nəticəsində yaranan kolit kimi ağırlaşmaları aşkarlamağa kömək edir. Bu isə həkimlərə riskli xəstələri daha tez müəyyənləşdirmək və müalicəni vaxtında uyğunlaşdırmaq imkanı verir.

Araşdırmanın müəllifi bildirib ki, rəqəmsal alət ənənəvi aparılan yoxlamaları daha sürətli və dəqiq üsulla əvəz edə bilər.

Alimlərin fikrincə, bu texnologiya gələcəkdə xəstələrdə yan təsirlərin yaranma ehtimalını əvvəlcədən müəyyən etməyə və xərçəng müalicəsini daha fərdi şəkildə planlaşdırmağa imkan verə bilər.