Füzulidə 3 tondan artıq çətənə bitkisi məhv edilib

11:45 17.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş-2026” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbir keçirilib.

Hafta.az xəbər verir ki, Füzuli rayonunun işğaldan azad edilmiş Əbdürrəhmanlı kəndi ərazisində yerləşən 3 hektar sahədən 7847 ədəd, ümumi çəkisi 3 ton 840 kiloqram olan yabanı halda bitmiş çətənə kolu aşkarlanıb.

Aşkarlanan narkotik tərkibli bitkilər kökündən çıxarılaraq yandırılma yolu ilə məhv edilib.