Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olunub

10:24 17.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova Özbəkistana işgüzar səfəri çərçivəsində beynəlxalq media layihəsi olan “Bright Uzbekistan” jurnalının xüsusi buraxılışı təqdim edilib.

Bu barədə Hafta.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Qeyd olunub ki, jurnalın Azərbaycanla bağlı nəşr edilən 3-cü və 4-cü xüsusi buraxılışları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik irsinə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin əldə etdiyi uğurlara həsr olunub.