Yazını böyüt
Yazını kiçilt
Tovuz çayında batan gəncin meyiti tapılıb.
Hafta.az bölgə müxbirinin məlumatına görə, bu gün səhər saatlarında 2004-cü il təvəllüdü İ.Şirinovun meyiti batdığı yerdən bir qədər kənardan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Şəmkir dalğıc-axtarış qrupu tərəfindən aşkarlanıb.
Meyit sudan çıxarılaraq müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin Tovuz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.