Yazını böyüt
Yazını kiçilt
Hindistanda tibb sahəsi üzrə qəbul imtahanının yenidən keçirilməsi ilə əlaqədar "Telegram" mesencerinin fəaliyyəti iyunun 22-dək məhdudlaşdırılıb.
Bununla bağlı "Reuters" ölkənin Təhsil Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, bu qərarın qəbul edilməsinə səbəb imtahan suallarının əvvəlcədən mesencer üzərindən sızdırılması olub. Söhbət tibb universitetlərinə qəbul üçün keçirilən Milli İxtisas Qəbul Testindən (NEET) gedir.
Qeyd olunur ki, sözügedən imtahan may ayında keçirilməli idi. Lakin "Telegram"da baş verən məlumat sızıntısı səbəbindən proses ləğv edilmişdi.
Hazırda hökumət tərəfindən imtahanın iyunun 21-də yenidən keçirilməsi planlaşdırılır. Bu məqsədlə "Telegram"ın fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb.