Konqoda Ebolaya yoluxanların sayı 808-ə çatıb

12:40 16.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Konqo Demokratik Respublikasında təsdiqlənmiş Ebola virusuna yoluxma hallarının sayı 808 nəfərə çatıb, 192 nəfər dünyasını dəyişib.

Hafta.az xəbər verir ki, bu barədə Konqonun Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, iyunun 15-də 26 yeni təsdiqlənmiş yoluxma və 11 ölüm hadisəsi qeydə alınıb və bununla da xəstəlikdən ölüm nisbəti 23,8 faizə çatıb. Epidemiya başlayandan bəri ümumilikdə 363 pasient təcrid olunub, 48 nəfər isə sağalıb.

Xəstəliyin ən çox yayıldığı üç əyalətdə - İturi, Şimali Kivu və Cənubi Kivuda cavab tədbirləri davam edir.

Qeyd edək ki, mayın 15-də Konqoda Ebola-Bundibuqio epidemiyası rəsmən elan edilib.