Bir milyard dollarlıq sərmayə qoydu

09:37 16.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyanın ən zəngin qadınlarından biri və Avstraliyanın ən varlı şəxsi, "Hancock Prospecting" mədən şirkətinin rəhbəri Cina Reynhart "SpaceX" şirkətinə bir milyard dollardan çox sərmayə qoyub. Bununla da o, şirkətin səhmlərini əldə edib.

Hafta.az xəbər verir ki, İlon Maskın tarixdə ilk dollar trilyonçusu olmasına dəstək verən bu investisiya, eyni zamanda "Hancock Prospecting" şirkətinin dəmir filizi hasilatı sektorundan kənara yatırdığı ən böyük birdəfəlik maliyyə yatırımıdır.

"Bloomberg"in məlumatına əsasən, 72 yaşlı Reynhart 36.9 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin insanları reytinqində 60-cı pillədə qərarlaşıb.

Ötən həftə "SpaceX" tarixinin ən böyük ilkin səhm yerləşdirməsini (IPO) həyata keçirib. Nəticədə şirkətin ümumi kapitallaşması 2.1 trilyon dollara, şirkətin rəhbəri İlon Maskın şəxsi sərvəti isə təqribən 1.1 trilyon dollara yüksəlib./"The Wall Street Journal"/