"Logistika şirkətlərimiz Orta Dəhlizdən fəal istifadə edirlər"

08:26 16.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) artıq alternativ marşrut olmaqdan çıxaraq beynəlxalq logistikanın əsas istiqamətlərindən birinə çevrilməkdədir.

Hafta.az xəbər verir ki, bunu “Women in TLP” platformasının Qırğızıstan üzrə ölkə direktoru və “Caravan Logistics” şirkətinin avtomobil daşımaları üzrə rəhbəri Meerim Usubaliyeva azertag.az-a müsahibəsində deyib.

Onun sözlərinə görə, Qırğızıstanın logistika şirkətləri Avropadan Mərkəzi Asiya ölkələrinə yüklərin Qara dəniz, Azərbaycan, Gürcüstan, Xəzər dənizi, Qazaxıstan və Türkmənistan üzərindən çatdırılması üçün bu marşrutdan fəal istifadə edirlər:

“Orta Dəhliz üzrə yükdaşımaların həcminin davamlı artdığını müşahidə edirik. Digər regionlarda qeyri-sabitliyin davam etdiyi bir vaxtda məhz bu marşrut beynəlxalq ticarət və nəqliyyat təhlükəsizliyi baxımından getdikcə daha böyük əhəmiyyət qazanır”.

O əlavə edib ki, marşrutun gələcək inkişafı iştirakçı ölkələr arasında daha sıx koordinasiya tələb edir:

"Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, tranzit prosedurlarının sürətləndirilməsi və Orta Dəhliz boyunca yerləşən ölkələr arasında səmərəli əməkdaşlığın gücləndirilməsi marşrutun rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırmağa və onun Avrasiyanın ən mühüm nəqliyyat istiqamətlərindən biri kimi mövqeyini möhkəmləndirməyə imkan verəcək.