Polis 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonun Patni rayonunda bir qadını avtobusun altına itələməkdə şübhəli bilinən şəxsi saxlayıb.
Hafta.az xəbər verir ki, istintaq müəyyən edib ki, şübhəli şəxs 33 yaşlı qadını yoldan keçən avtobusun təkərləri altına itələyib. Sürücünün çevik reaksiyası sayəsində qadın sağ qalıb. Hadisə müşahidə kameralarına düşsə də, polis uzun müddət şübhəli şəxsi tapa bilməmişdi.
Şübhəli şəxs iyunun 15-də Qərbi Londonda yerləşən, dəyəri 1.4 milyon funt-sterlinq (təxminən 1.8 milyon dollar) olan evində saxlanılıb. Məlum olub ki, 44 yaşlı həmin şəxs özəl bankın direktoru və Böyük Britaniya ordusunun keçmiş zabitidir.
Nəşrin məlumatına görə, şübhəli şəxsin Avropanın bəzi kral sülalələri, o cümlədən Vindzorlarla qohumluq əlaqələri var. O, orduda xidmət etdiyi müddətdə hərbi münaqişələrdə iştirak edib və mükafatlara layiq görülüb./"Daily Mail"/