Mundial tarixinin ən sürətli 2-ci qolu

20:36 15.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsveç millisinin yarımmüdafiəçisi Mattias Svanberq DÇ-2026-da Tunisə qarşı keçirilən oyunda maraqlı göstərici ilə yadda qalıb.

Hafta.az xəbər verir ki, 27 yaşlı futbolçu 5:1 hesabı ilə başa çatan görüşün 84-cü dəqiqəsində meydana daxil olub və cəmi 18 saniyə sonra rəqib qapısına yol tapıb.

"Opta"nın məlumatına görə, bu, 1966-cı ildən bəri dünya çempionatlarında əvəzetmədən meydana çıxan futbolçular arasında qeydə alınan ikinci ən sürətli qoldur.

Bu göstərici üzrə rekord isə Uruqvay millisinin sabiq hücumçusu Riçard Moralesə məxsusdur. O, DÇ-2002-nin qrup mərhələsində Seneqalla keçirilən matçda oyuna daxil olduqdan 16 saniyə sonra fərqlənmişdi.