Yazını böyüt
Yazını kiçilt
ABŞ prezidentinin rəsmi iqamətgahında - Ağ Evin ərazisində keçirilən "UFC Freedom 250" turniri qalmaqallı səhnələrlə də yadda qalıb.
Hafta.az xəbər verir ki, belə hallardan biri gənc idmançı Coş Hokitin döyüşün ikinci raundunda Derrik Lyuisi nokaut etməsindən sonra baş verib.
Döyüş meydanından çıxan amerikalı idmançı ölkəsinin lideri Donald Trampa boyunbağı hədiyyə edib. Daha sonra mikrofonu götürən idmançı "Mişel Obama əslində kişidir" deyib. Bu qəribə ittiham tamaşaçıların bəziləri tərəfindən alqışlansa da, bir çox azarkeşlər döyüşçünün belə davranışını təəccüb və çaşqınlıqla qarşılayıblar.
Qeyd edək ki, Mişel Obama ABŞ-nin sabiq prezidenti Barak Obamanın həyat yoldaşıdır./"Haber Global"/