Xarkova hava hücumunda azı 5 nəfər ölüb

10:12 15.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya ordusunun Xarkova təkrar hava hücumu həyata keçirməsi nəticəsində ilkin hava zərbəsindən sonra yanğını söndürən Dövlət Təcili Yanğın Xidmətinin beş işçisi həlak olub.

Hafta.az xəbər verir ki, bu barədə daxili işlər naziri İqor Klimenk "Telegram"da yazıb.

Nazir yazıb: "Xarkovda Rusiyanın ikinci hücumu nəticəsində yanğını söndürərkən Dövlət Təcili Yanğın Xidmətinin beş xilasedicisi həlak olub. Azı daha beş nəfər yaralanıb".

Klimenko qurbanların ailələrinə başsağlığı verib, onları "silahsız qəhrəmanlar" adlandırıb və əlavə edib ki, "təəssüf ki, Ukrayna həyat xilas edənləri itirməyə davam edir".