Bakıda dəhşət: Arvadını, qayınanasını və özünü öldürdü

12:15 14.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəki rayon sakini keçmiş həyat yoldaşını və qayınanasını qətlə yetirib.

Hafta.az report-a istinadən xəbər verir ki, hadisə iyunun 14-də gecə saatlarında Bakı şəhərinin Ramana qəsəbəsində baş verib.

Məlumata əsasən, Şəkinin Cəfərabad kənd sakini, 1991-ci il təvəllüdlü Vüsal Lütfəliyev keçmiş həyat yoldaşı Xəyaləni və onun anası İradə adlı qadını qətlə yetirib. Hadisədən sonra V. Lütfəliyev özünə qəsd edib.

Bildirilib ki, Xəyalə və İradə Böyük Dəhnə kəndində, Vüsal Lütfəliyev isə Cəfərabad kəndində dəfn olunacaq.

Faktla bağlı araşdırma aparılır.