Yazını böyüt
Yazını kiçilt
Qusar rayonu ərazisində çaya düşərək köməksiz vəziyyətdə qalan azyaşlı polis əməkdaşının çevik və operativ müdaxiləsi nəticəsində xilas edilib.
Hafta.az xəbər verir ki, ərazidə olan Qusar RPŞ-nin əməkdaşı uşağı sudan çıxarıb və onun həyatını təhlükədən qurtarıb.
Hadisə zamanı azyaşlını xilas etmək üçün özünü suya atan azyaşlının babası - 65 yaşlı Şamil Muradov isə güclü axının təsiri ilə boğularaq vəfat edib.
Faktla bağlı araşdırma aparılır.