Emin Əmrullayev Gəncədə vətəndaşları qəbul etdi

17:07 12.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Elm və təhsil naziri Emin Əmrullayev Gəncə şəhərində vətəndaşları qəbul edib.

Hafta.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Qəbulda Gəncə, Samux və Kəlbəcər sakinləri iştirak ediblər.

Bildirilib ki, elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.