Yazını böyüt
Yazını kiçilt
Soçi Beynəlxalq Hava Limanında 57 reysin yerinə yetirilməsi təxirə salınıb.
Hafta.az xəbər verir ki, hava limanının onlayn uçuş lövhəsinə əsasən, gecikən reyslər arasında həm xarici, həm də daxili istiqamətlər üzrə uçuşlar var.
Həmçinin həmin şəhərlərdən Soçiyə nəzərdə tutulan bir sıra reyslər də vaxtında həyata keçirilməyib.
Qeyd edək ki, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) son günlər uçuş təhlükəsizliyinin təmin olunması məqsədilə Soçi hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edib. Eyni səbəbdən Krasnodar və Gelencik hava limanlarının fəaliyyətində də məhdudiyyətlər qüvvədə olub./TASS/