Yazını böyüt
Yazını kiçilt
Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) ölkədə yayımlanan bir çox kanalı cərimələyib.
Hafta.az xəbər verir ki, cəzalandırılan kanallar arasında NOW TV və Kanal D də yer alıb.
"Halef: Köklerin Çağrısı" serialındakı şiddət səhnələrinə görə NOW TV-yə 1 faiz inzibati cərimə tətbiq edilib. Eyni zamanda "Daha 17" adlı ekran işindəki səhnələr uşaqların və gənclərin inkişafına zərərli hesab olunub və Kanal D cərimələnib.
Qeyd edək ki, "Daha 17" serialında Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə rol alır. /axsam.az/