Yazını böyüt
Yazını kiçilt
İyunun 12-13-də Bakıda və Abşeron yarımadasında, 12-16-da isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.
Hafta.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Tovuz, Gəncə, Mingəçevir, Qazax, Ağstafa, Gədəbəy, Göygöl, Qax, Balakən, Samux, Şəki, Zaqatala, Kəlbəcər, Laçın, Neftçala, Qobustan, Xızı, Qusar, Naxçıvan MR, Daşkəsən, Goranboy, Naftalan, Şəmkirdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.