"Rusiyanın alternativi Azərbaycandır"

14:47 11.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Qonşu ərazidə alternativlər Azərbaycan, Türkmənistan və İrandır".

Hafta.az xəbər verir ki, bunu Ermənistanın Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasının sədri Mesrop Mesropyan deyib. 

O, jurnalistin Rusiyadan qaz idxalına mümkün alternativlər barədə sualına cavab olaraq siyasətçi olmadığını bildirib:

"Mən siyasətçi deyiləm və siyasi qərarlarla məşğul deyiləm, ona görə də bu məlumata malik deyiləm. Amma qonşu ərazidə alternativlər Azərbaycan, Türkmənistan və İrandır. Alternativ qaz satan və infrastrukturu bizə həmin ölkələrdən qaz almağa imkan verən bütün mümkün ölkələrdir".