“Zirə” bu futbolçularla müqavilənin müddətini uzadıb

11:36 11.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Hafta.az xəbər verir ki, Bakı klubunun məlumatına görə, “qartallar” Eren Aydınla 3, Davit Volkov, Aydın Bayramov, Elçin Əlicanovla 2 illik yeni sözləşmə bağlayıb.

Həmçinin cari mövsümün əvvəlində Enrike Kustodio ilə imzalanmış 1+1 illik anlaşmada nəzərdə tutulan daha bir il uzadılma bəndi qüvvəyə minib.