Yazını böyüt
Yazını kiçilt
FIFA azarkeşlərə 79 dollar müqabilində dünya çempionatının oyunları zamanı adlarını stadionların böyük ekranlarında yerləşdirməyi təklif edir.
Hafta.az xəbər verir ki, təklif qrup mərhələsinin bütün 72 oyununu əhatə edir.
Qeyd edilir ki, bu xidmət çərçivəsində şəxsin adı oyundan əvvəl isinmə hərəkətləri zamanı stadionun elektron tablosunda görünə bilər. Həmçinin mesajlarda "emoji"lərdən istifadə olunmamalı və simvolların sayı 30-la məhdudlaşdırılmalıdır.
Xatırladaq ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Oyunlar ABŞ, Meksika və Kanadada baş tutacaq. Turnirdə ilk dəfə olaraq 48 komanda iştirak edəcək./"The Athletic"/