Yohannesburqda kütləvi atışma - 12 ölü

12:09 10.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cənubi Afrikanın ən böyük şəhəri olan Yohannesburqda baş verən kütləvi atışma nəticəsində azı 12 nəfər həlak olub, 9 nəfər yaralanıb.

Hafta.az “Reuters”ə istinadla xəbər verir ki, hadisə şəhərin Klivlend qəsəbəsindəki qeyri-rəsmi yaşayış məntəqəsində qeydə alınıb. Məlumata görə, silahlı şəxslər əraziyə daxil olaraq sakinlərə atəş açıblar və daha sonra hadisə yerindən qaçıblar.

Cənubi Afrika Polisi bildirib ki, hücumda iştirak etdiyi ehtimal olunan şəxslərin axtarışı davam etdirilir. Yaralılara hadisə yerində tibbi yardım göstərilib.

Hadisəylə bağlı araşdırmalar aparılır.