Yeni Zelandiyanın cənubunda zəlzələ olub

09:34 10.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yeni Zelandiyanın cənubunda 6 bal gücündə zəlzələ baş verib.

Hafta.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Avstraliya Geoloji Xidməti məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri Cənubi Sakit okeanda, Oklend adaları bölgəsində, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi barədə heç bir məlumat verilməyib.

Oklend adaları, Yeni Zelandiyanın ən cənub məskunlaşmış hissəsi olan Stüart adasından 400 km cənubda yerləşən yaşayış olmayan bir arxipelaqdır.