1 həftə sonra məzun olacaqdı - FOTO

22:47 11.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beyləqanda məktəb şagirdi vəfat edib.

Hafta.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Eyvazalılar kəndində baş verib.

Belə ki, kənd sakini, Eyvazalılar kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Elvin Aslanlı ürək çatışmazlığından qəfil vəfat edib.

Qeyd edək ki, Elvin Aslanlı 1 həftə sonra orta məktəbdən məzun olacaqdı.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.