Kembric kvalifikasiya imtahanına qeydiyyat - ELAN

11:19 12.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“B2 First/B2 First for schools” Kembric kvalifikasiya imtahanı üçün qeydiyyat elan edilir.

Dövlət İmtahan Mərkəzindən (DİM) Hafta.az-a bildirilib ki, imtahan avqustun 15-də DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov, 50. TÜRKPA-nın yanı) təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün son qeydiyyat tarixi avqustun 7-dir.

Qeyd edək ki, “B2 First/B2 First for schools” imtahanı namizədlərin daha yüksəksəviyyəli imtahanlara hazırlaşması üçün bir vasitədir və onların ingilis dilli bir mühitdə özünə inamlı şəkildə ünsiyyət qurmaqları üçün lazım olan dil bacarıqlarını qiymətləndirir. Bu imtahan 4 bölmədən ibarətdir:

Oxu və ingilis dilinin istifadəsi (Reading and Use of English) - 1 saat 15 dəqiqə;

Yazı (Writing) – 1 saat 20 dəqiqə;

Dinləmə (Listening) - 40 dəqiqə;

Danışıq (Speaking) – 16 dəqiqə.

İmtahanın oxu və ingilis dilinin istifadəsi, yazı və dinləmə bölmələri kompüter vasitəsilə, danışıq bloku isə əyani formada keçirilir. Digər beynəlxalq imtahanlardan fərqli olaraq Kembric kvalifikasiya imtahanlarının danışıq bölməsi namizədlərin cüt (və ya 3 nəfərdən ibarət qrup) şəkildə iştirakı ilə danışıq mütəxəssisləri tərəfindən aparılır.

İmtahan iştirakçıları nəticələrini elektron qaydada 2 həftə sonra əldə edə bilərlər.

Qeydiyyat və Kembric kvalifikasiyaları barədə daha ətraflı məlumatla DİM-in müvafiq səhifəsindən tanış olmaq mümkündür.

İmtahana gələn namizədlər mütləq şəkildə şəkilli şəxsiyyət vəsiqəsini və Confirmation of Entry (CoE) sənədini ([email protected] ünvanından göndərilir) özləri ilə gətirməlidirlər. Şəkilli şəxsiyyət vəsiqəsi olmadığı halda, namizəd təhsil aldığı məktəbdən arayış təqdim etməlidir.

Əlavə məlumat üçün [email protected] elektron poçtu ünvanına suallarınızı ünvanlaya bilərsiniz.