Yazını böyüt
Yazını kiçilt
Mövsümün sonunda baş məşqçisi Azər Bağırovla yollarını ayıran “Kəpəz” Arif Əsədovla danışıqlar aparır.
Hafta.az əldə etdiyi məlumata görə, Gəncə təmsilçisinin baş məşqçi postuna əsas namizəd məhz 55 yaşlı mütəxəssisdir.
Tərəflər arasında davam edən danışıqlarda bir sıra məsələlər üzrə razılıq əldə olunub. Hazırda son detallar müzakirə edilir.
Fors-major hal baş verməsə, təcrübəli çalışdırıcının təyinatının bu həftə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Arif Əsədov son dəfə Azərbaycan millisində müvəqqəti baş məşqçi kimi çalışıb.