Şuşa ərazisində yerləşən abidələrlə bağlı qanun sərtləşdirilir

14:35 12.06.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Milli Məclis “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini bir oxunuşda təsdiqləyib.

Hafta.az xəbər verir ki, bu məsələ parlamentin iyunun 12-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, sənədin 5.2-ci maddəsi yeni redaksiyada verilir. Dəyişikliyə görə, Şuşa şəhərinin ərazisində yerləşən abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.

Mədəniyyət rubrikasından digər xəbərlər