Əməkdar artist Lalə Məmmədova yeni mahnısını dinləyicilərinə təqdim edib.
Hafta.az xəbər verir ki, Əməkdar artist Lalə Məmmədova "Həsrətinlə Yaşamaq" adlı yeni layihəsini təqdim edib.
Peşəkar komanda tərəfindən ərsəyə gətirilən mahnının musiqisi Xalq artisti Aygün Səmədzadəyə, sözləri Aysel Xanlarqızına, aranjimanı Taleh Ağayevə, miks-masterinqi isə Bəxtiyar Həsənova məxsusdur.
Mahnıda iki doğma insanın çəkdiyi ayrılıq acısı, çarəsiz həsrətin gətirdiyi daxili sarsıntılar və unuda bilməməyin yaratdığı mənəvi savaş xüsusi bir duyğu ilə hiss olunur.
Qeyd edək ki, bu vaxta qədər "Ömrümüzün ilk sevgisi", "Məktəb illəri", "Bağışla", "Dəli eşq", "Bir sevgi" və "Mənim soyadımda" kimi musiqi nümunələri ilə bəstəkar Aygün Səmədzadə ilə uğurlu və uzunmüddətli iş birliyi quran Lalə Məmmədova, bu layihə ilə onunla olan birgə repertuarına daha bir yeni iş əlavə etmiş olub.
Sənətçi "Həsrətinlə Yaşamaq" mahnısını ilk dəfə mayın 25-də Gəncə Dövlət Filarmoniyasında baş tutan bəstəkarın müəllif konsertində ifa etmişdi.
"Həsrətinlə Yaşamaq" artıq bütün rəqəmsal platformalarda təqdim olunub.