Suriyadan gətirilmiş vətəndaşlarımız sosial xidmət müəssisəsinə yerləşdirilib

15:04 13.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Hökuməti tərəfindən Suriyadan repatriasiya edilmiş 7-si qadın, 16-sı uşaq olmaqla daha 23 Azərbaycan vətəndaşı Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.

Bu barədə hafta.az-a Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, repatriasiya olunmuş şəxslərə ilkin tibbi və sosial-psixoloji yardım göstərilib. Vətəndaşların reabilitasiya prosesi başa çatdıqdan sonra onlar evlərinə yola salınacaq.

Qeyd olunub ki, son illərdə Sosial Xidmətlər Agentliyi ölkəmizə repatriasiya edilmiş 600-dən çox şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib.