Voleybolçularımız Avropa Liqasında uduzublar

22:22 12.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Avropa Liqasında növbəti oyununu keçirib.

Hafta.az xəbər verir ki, Boris Qrebennikovun baş məşqçi olduğu kollektiv Rumıniya ilə qarşılaşıb.

Görüş rumınların 3:0 (25:23, 25:12, 25:7) hesablı qələbəsi ilə başa çatıb.