Millimiz dünya çempionatının finalında

20:52 12.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çövkən üzrə Azərbaycan milli komandası Bakıda keçirilən 2-ci dünya çempionatında yarımfinal oyununu keçirib.

Hafta.az bildirir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Yığmamız yarımfinalda Uruqvay millisi ilə oynayıb.

Oyun millimizin üstünlüyü ilə keçib. Yığmamız 3:0 hesabı ilə qalib gəlib.