Yazını böyüt
Yazını kiçilt
Neymar dünya çempionatının ilk turunda Braziliya millisinin Mərakeş qarşı keçirəcəyi oyunda iştirak etməyəcək.
Hafta.az xəbər verir ki, futbolçu hələ də zədəlidir.
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın bərpa prosesi keçdiyini bildirib:
“Neymar mümkün qədər tez bərpa olunmaq üçün çox çalışır. Onun gələn həftə sağalaraq komandaya qoşulacağı gözlənilir”.
Qeyd edək ki, görüş iyunun 14-də keçiriləcək və Bakı vaxtı ilə saat 02:00-da başlayacaq.