Naxçıvanda ildırım yanğına səbəb olub

23:21 13.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvan Muxtar Respublikasında ot tayasına ildırım düşməsi nəticəsində yanğın baş verib.

Hafta.az xəbər verir ki, hadisə Babək rayonunun Nəzərabad kəndində qeydə alınıb. İldırım fərdi yaşayış evinin həyətindəki ot tayasına düşüb.

Bu barədə məlumat daxil olan kimi əraziyə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissəsi cəlb edilib. Operativ müdaxilə nəticəsində yanğın ətraf ərazilərə yayılmadan söndürülüb.

Hadisə ilə əlaqədar təhlükəsizlik məqsədilə elektrik və rabitə xidmətlərində qısamüddətli fasilə yaranıb. Hazırda həmin xidmətlərin fəaliyyəti bərpa olunub.